Türk dövlətlərinin başçıları “Türk Əsri” çağırışı altında görüşürlər
Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu Zirvə görüşü noyabrın 3-də Astana şəhərində keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının yubiley sammitində iştirak etmək üçün noyabrın 2-də Qazaxıstan Respublikasına gedib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.