Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan musiqişünası, müğənni, şair, xəttat Əbdülqadir Marağayinin (1353-1436) anadan olmasının 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə BMM-in birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevanın Əbdülqadir Marağayinin yaradıcılığı haqqında məruzəsi dinləniləcək.

Sonra muzeyin Qədim musiqi alətləri ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov) ifasında konsert proqramı təqdim olunacaq. Konsertə giriş sərbəstdir.