Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.

Layihə təsviri sənətə ictimai marağı artırmaq məqsədilə həyata keçirilib. Sərgiyə hazırda müxtəlif peşələrdə çalışan insanların vaxtilə uşaq ikən çəkdikləri rəsmlər qəbul olunub.

Noyabrın 3-də Xətai Sənət Mərkəzində sərginin açılışı olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açıb.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ürək sözlərini sərgi iştirakçıları ilə bölüşüblər.

Sərgi iştirakçıları da çıxış edərək onları uşaqlıq dövrünə qaytaran, xatirələrini canlandıran layihəyə qatılmaqdan məmnunluqlarını bildiriblər.