Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunan konsert proqramı keçiriləcək. Konsert eyni zamanda mərkəzin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində təşkil olunacaq.
Proqramda BMM-in solistləri – Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcəklər.
Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Vasif Yusibli (ud), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) müşayiət edəcək.
Konsertə giriş sərbəstdir.
Qeyd edək ki, 15 il əvvəl – 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Paytaxtın ən gözəl memarlıq abidələrindən olan mərkəzin binasının forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladır.