44 günlük Vətən müharibəsində Qələbəmizin üçüncü ildönümü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində “Şanlı Zəfər” adlı tədbir keçirilib.

Tədbirdə paytaxtın 150, 189-190 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən dram və bədii qiraət dərnəyinin üzvləri, Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Şanlı Zəfər” kompozisiyasının təqdimatı olub. 44 günlük Vətən müharibəsinin şanlı tarixinə nəzər salınıb, əlamətdar günə həsr olunmuş videoçarx nümayiş etdirilib.