Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub.

Xətai Sənət Mərkəzindən bildirilib ki, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini nagillar2023@gmail.com ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.

Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.

Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət etmək olar.

Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində açılacaq.