Noyabrın 6-da Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağa kitabxananın fəaliyyəti, beynəlxalq əməkdaşlıq zalında açılan Latviya daimi guşəsi haqqında məlumat verib, Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalanması və beynəlxalq kitab mübadiləsindən söz açıb.

Edqars Skuya ilk dəfə ziyarət etdiyi Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnunluq duyduğunu deyib. O, Milli Kitabxananın 100 illik yubileyi münasibətilə kollektivi təbrik edib.

Diplomat kitabxanadakı “Heydər Əliyev” guşəsi, beynəlxalq əməkdaşlıq zalındakı Latviya daimi guşəsi ilə tanış olub. Səfir daimi guşədəki kitablar vasitəsilə azərbaycanlı oxucuların Latviyanın tarixi və mədəniyyəti haqqında məlumat əldə edə bilməsinin vacibliyini qeyd edib.

Sonda Edqars Skuya Latviya Milli Kitabxanası adından Azərbaycan Milli Kitabxanasına kitablar bağışlayıb. Kərim Tahirov da qonağa Milli Kitabxana adından kitablar hədiyyə edib.