İngiltərənin “My poetic Side” ədəbiyyat portalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin ingilis dilinə tərcümə edilmiş “Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!” və “Üzün nuri-təcəlli məzhəridir” qəzəlləri yayımlanıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəllərin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi Piter Tempestdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatına geniş yer ayırır.