Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad kitab klubunun təqdimatı keçirilib.
Noyabrın 3-də reallaşan tədbirdə Mil-Muğan RMİ-nin əməkdaşları, klubun təsisçiləri, mədəniyyət işçiləri, mütaliə həvəskarı yeniyetmə və gənclər iştirak ediblər.
Təqdimatdan öncə Mil-Muğan RMİ-nin rəis müavini Telman Əzimov, Sabirabad rayon MKS-nin direktoru Eldar Urufov və digərləri çıxış edərək kitab klubunun fəaliyyətinə uğurlar arzulayıb, bu təşəbbüsün rayonda mütaliə mühitinin canlanmasına önəmli töhfə verəcəyini vurğulayıblar.
Daha sonra Sabirabad kitab klubunun təsisçiləri Camal Əzimov, Məhəmməd Hüseynov, Ədalət İsmayılzadə və Zamin Məmmədov klubun fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
Təqdimat mərasimi qarşılıqlı fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.