Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi, müəllim və tələbə heyəti 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Fəxri xiyabanda olub. Onlar Vətən uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının məzarlarını ziyarət ediblər.
Bu barədə AzMİU-dan bildirilib. Qeyd olunub ki, birinci və ikinci Qarabağ savaşlarında, Aprel döyüşlərində, lokal antiterror tədbirlərində və suverenliyimiz uğrunda gedən digər qanlı mübarizələrdə AzMİU-nun və ali məktəbin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 50-dən çox tələbə və məzunu şəhid olub.