Azərbaycan milli peşəkar teatrının 150 illik yubileyi münasibətilə  Mədəniyyət Nazirliyi silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Ağdam Dövlət Dram Teatrında reallaşıb.

“Yuğ” Dövlət Teatrının quruluşçu rejissoru Gümrah Ömər Ağdam teatrının kollektivi ilə “Postdramatik teatr” nəzəriyyəsi və metodikası haqqında ustad dərsləri keçib və M.F.Axundzadənin yaradıcılığı əsasında "Naməlum Axundzadə" mistik komediyasına quruluş verib.

Noyabrın 4-də tamaşaçı önünə çıxarılan səhnə aktı maraqla qarşılanıb. Rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Elşən Cavadov, Nuranə Əliyeva, Fərhad Fərhadzadə, Elmir Hümbətov, Xəyalə Xudatova, Hakim Cəfərli və Zərifə Ağayeva ifa ediblər. Səhnə dizaynı Qönçə Həzizadə, musiqi tərtibatı Azər Şükürova məxsusdur.