Lənkəran Dövlət Dram Teatrı bu dəfə balaca tamaşaçılarını sevindirib. Noyabrın 5-də “Arı pətəyi” uşaq tamaşasının premyerası keçirilib.

Rejissor Emil Əskərovun lənkəranlı müəllif Şəfahət Şəfinin eyniadlı əsəri əsasında hazırladığı tamaşada balı sevməyən dəcəl oğlandan söhbət açılır. Anasının oxuduğu nağıl sayəsində arıların sehrli dünyasına düşən oğlan balı necə hazırlanması ilə tanış olur. Bundan sonra oğlan balı sevməyə başlayır.

Tamaşanın quruluşçu rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Gülü Süleymanlı, musiqi tərtibatı Vüqar Fərəcov, prodüseri Emin Fərzullayev, rejissor assistenti Günay Səlimzadədir. Rolları Ayşən Əsədova, İmaməli Əskərov, Əlirza Şahbazi, Saleh Əzimzadə, Məleykə Cəfərova, Aysel Babazadə, Teymur Hacızadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Amil İbrahimli ifa edirlər.