Gəncə şəhərində Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Gəncə Regional Turizm İdarəsi (RTİ) və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət” – payız çalarları” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib.

Gəncə şəhərindəki Filarmoniya bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən 100-ə yaxın sənətkarın əl işləri nümayiş olunub.

Sərgidə Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən RMİ-nin rəis vəzifəsini icra edən Pərvin Kazımov, “KOB Dostu” departamentinin Gəncə-Qazax regional koordinatorluğunun əməkdaşı Anar Əliyev, Gəncə RTİ-nin rəisi Zaur Bayramov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Gəncəsənət” layihəsinin məqsədi sakinlər arasında sənətkarlıq və incəsənətə marağın artırılması, sənət növlərinin yaşadılması və inkişafı, alıcı və sənətkar arasında körpünün qurulması, eləcə də şəhərin mədəni həyatına rəng qatmaqdır.

N.Məmmədli