Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı Ulu öndərin 100 illiyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının noyabrın 13-də gerçəkləşən bağlanış və qaliblərin mükafatlandırılması mərasimi yaddaqalan olub.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə xüsusi stend və uşaq yazarlarının təqdimatı ilə iştirak edib. Tədbir çərçivəsində kitabxana tərəfindən tanınmış uşaq yazarları Solmaz Amanova, Günel Əsgərova, Gülzar İbrahimova ilə mütaliə saatları, interaktiv oyunlar, uşaqlar arasında “Biləyən” adlı bilik yarışı, müxtəlif nağıl qəhrəmanlarının təsvirlərinin rənglənməsi üzrə müsabiqə keçirilib.
Qaliblərə kitabxananın nəşri olan “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.