Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar keçirilib.

AzMİU-dan bildirilib ki, seminarda “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of Science” platformasından istifadə qaydaları və buraya daxil olan jurnallarda məqalə çap etdirilməsinə dair tələblər haqqında ətraflı məlumat verib. Mütəxəssis jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri, məqalələrin təqdimetmə qaydaları, seçim meyarları, elmi reputasiya yaratmaq, nəşrin hazırlanması və digər praktik məsələlərlə bağlı auditoriyanı məlumatlandırıb.

Akademik heyətin dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin dərc edilməsi sahəsində bilik və bacarıqlarının artırılması, onların daha dərindən məlumatlandırılmasını təmin etmək məqsədi daşıyan seminarda 40-dan çox əməkdaş iştirak edib.