Bakıdakı Rus evində Azərbaycan və Rusiya xalqlarının dostluq klubu çərçivəsində Rusiya yazıçılarının Azərbaycanın yaradıcı gəncləri ilə görüşü keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildirilib ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən Bakıdakı Rus evi ilə birgə təşkil olunub.

Rusiya yazıçıları – 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçıları Rəhim Cəfərov, Anastasiya Orlova, Anastasiya Strokina görüşün qonaqları olublar.

Şairə və tərcüməçi Alyona Kərimovanın moderatorluğu ilə keçirilən görüşdə hazırda gəncləri narahat edən aktual mövzular müzakirə olunub. Rusiya yazıçıları müasir ədəbiyyata, onun gənclərə təsirinə dair baxışlarını bölüşüb, eləcə də ədəbi tədbirlərdə iştirakları ilə bağlı təcrübələri barədə danışıblar.