Qırğızıstanın paytaxtı Bişkekdə ilk beynəlxalq kinofestival işə başlayır. 17-21 noyabr tarixlərində keçirilən tədbir dünyaca ünlü qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) 95 illik yubileyinə həsr olunub.

Festival iki kateqoriyada keçirilir: beynəlxalq film müsabiqəsində 10, milli proqramda isə 8 film yarışacaq. Kino sənətinə dair maraqlı tədbirlər də proqrama daxildir.

“Beynəlxalq layihələr və onların yayılması: dünən, bu gün və sabah”, “Avropa və Asiya arasında birgə məhsul”, “Çin və Mərkəzi Asiya, əməkdaşlıq yolları”, “Festivallar – rejissorlar və tamaşaçılar” kimi mövzularda seminarlar, “Aytmatov və kino” beynəlxalq forumu, Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş kino layihələrinin təqdimatı nəzərdə tutulur.

Gülcahan