Nigeriyanın Laqos şəhərində keçirilən 12-ci Afrika Beynəlxalq Film Festivalında Qazaxıstan rejissoru Darxan Tulegenovun “Qardaşlar” filmi mükafat qazanıb.

Qazaxıstan Respublikası Kinoya Dövlət Dəstəyi Mərkəzinin yaydığı məlumata görə, “Ən yaxşı əcnəbi tammetrajlı film” nominasiyasında qalib olan ekran işi “Golden Man Media” şirkətinin layihəsidir.

Uşaq evinin məzunu Ayukol kriminal aləmə qoşulub və doğma qardaşının olduğundan  xəbərsizdir. Onlar bir-birini tapandan sonra atalarını axtarmağa başlayır, dağılmış ailəni dirçəldəcəklərinə ümid edirlər.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin sifarişi ilə lentə alınan “Qardaşlar” filmi ötən il Almaniyada Oldenburq şəhərindəki kinofestivalda mükafata layiq görülmüşdü. 

Gülcahan