9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq 2022-ci ilin “Şuşa İli” olduğunu, 2023-cü ilin isə Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini vurğulayıb. Natiq bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazasının hazırlandığını bildirib.

Təqdimat zamanı elektron məlumat bazasının “Rəsmi sənədlər”, “Prezident İlham Əliyev: “Əziz Şuşa sən azadsan!”, “Qarabağın tacı Şuşanın əsas tarixi hadisələrinin xronologiyası”, “Tarixi abidələr”, “İnzibati quruluşu”, “Görkəmli şəxsiyyətləri”, “Görkəmli şəxsiyyətlər Qarabağın mirvarisi - Şuşa haqqında”, “Şuşada erməni vandalizmi”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarət olduğu bildirilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilər.