Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 6-12 noyabr tarixlərində VI "META” Kino Forumu keçirilib.

"META” forumu bir çox ölkələrdən kino sahəsi nümayəndələrinin iştirak etdiyi dünyanın ən böyük kinomarketlərindən hesab edilir.

Tədbirdə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və şəbəkənin Müşahidə şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Səfər çərçivəsində "CinemaPlus" kinoteatrlar şəbəkəsi ilə dünyanın məşhur film studiyaları “Universal Pictures”, “Sony Pictures”, “The Walt Disney Company”, “Paramount Pictures” və “Warner Bros” arasında növbəti mövsümdə nümayiş olunacaq filmlərlə bağlı müqavilələr imzalanıb.

Bunda əlavə, təmsilçilərimiz kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşüblər.

Lalə