Bu il görkəmli rus dramaturqu, teatr xadimi, tərcüməçi Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olmasının 200 illiyidir.
Ədibin irsi Azərbaycan dramaturqlarının yaradıcılığına öz təsirini göstərib. “Günahsız müqəssirlər”, “Cehizsiz qız”, “Tufan”, “Yoxsulluq eyib deyil” və digər əsərləri milli səhnəmizdə dəfələrlə tamaşaya qoyulub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası tərəfindən dramaturqun yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

Videoçarx Mərkəzi Kitabxananın fəxri oxucusu, publisist-politoloq Reyhan Mirzəzadənin A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi “Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabı əsasında ərsəyə gətirilib.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=YzKoEnwouAA&t=41s