Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah əl-Hinzab Milli Kitabxanada olub.
Direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, fəaliyyəti, fondu haqqında məlumat verib, bu il Milli Kitabxananın 100 illik yubileyi olduğu diqqətə çatdırılıb.
Səfir Azərbaycanla Qətər arasında qarşılıqlı münasibətlərdən danışıb və bu münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. Diplomat Milli Kitabxanaya ölkəsinin tarixi, mədəniyyəti, ədəbiyyatı və s. mövzularda nəşrlər hədiyyə edib.
Qonağa Milli Kitabxana və Bakı ilə bağlı albom-kitablar və Azərbaycan xəritəsi təqdim olunub.
Qeyd edək ki, qətərli diplomat Azərbaycanda fəaliyyətini başa vurur və yaxın günlərdə ölkəsinə dönəcək.