Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri davam edir.
Salyan Dövlət Kukla Teatrının kollektivi noyabrın 24-də Lənkəranda qonaq olacaq.
Yaradıcı heyət Lənkəran Dram Teatrının səhnəsində İsgəndər Coşqunun “Çal oyna” tamaşasını təqdim edəcək. Uşaqlara təbiətə sevgi və dostluğa sədaqət aşılayan birhissəli tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Təzahür Mehdiyevdir.