Bakıdakı Rus Evində “Yaşlek” Azərbaycan-Tatar Gəncləri Mərkəzinin yaradılmasının 26-cı ildönümünə və bu təşkilatın Diyaz Əhmədjanov tərəfindən idarə edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Tatar jırı” təntənəli konsert proqramı təşkil edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildirilib ki, tədbirin fəxri qonaqları arasında Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin olub. Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov gecənin qonaqları qarşısında çıxış edib. Konsert proqramını Sabantuy bayramlarının aparıcısı Rail Nuriyev aparıb.
Konsert proqramına ənənəvi tatar mahnıları, “Yaşlek” ansamblı, Valeri Limberq adına “İqray, qarmon” ansamblı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqsləri və musiqi nömrələri daxil olub.