Görkəmli bəstəkar, pedaqoq, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90 illiyi müxtəlif tədbirlərlə qeyd edilir, sənətkarın musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri yada salınır.

Musiqi xadiminin yubileyi münasibətilə daha bir tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbində keçirilib.

Əvvəlcə Arif Məlikovun həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra bəstəkarın əsərləri və pedaqoji və ictimai xadim kimi fəaliyyəti haqqında söz açılıb.

Qeyd olunub ki, bəstəkarın zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, kino və dram tamaşalarına yazılmış musiqi və s. daxildir. Onun “Məhəbbət əfsanəsi” baleti ilə müəllifinin şöhrətinə şöhrət qatıb.

Sonra tədbir konsert proqramı ilə davam etdirilib.