AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatrı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun (Musayev) “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyası çap olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiya dörd fəsildən ibarətdir. I fəsildə görkəmli ictimai-siyasi xadim, yazıçı, mütəfəkkir Əhməd Ağaoğlunun (1869-1939) həyatı və mühiti, II fəsildə bədii-fəlsəfi, III fəsildə bədii-sənədli nəsri, sonuncu fəsildə isə onun epistolyar irsi tədqiq olunub.

Elmi redaktoru Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı olan kitab ədəbi-elmi ictimaiyyət, filoloji ixtisaslar üzrə təhsil alanlar üçün nəzərdə tutulub.