Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Sağlam gələcək uğrunda” adlı tədbir keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə Cüdo Federasiyası tərəfindən həyata keçirilən “Söz verirəm” adlı antibullinq kompaniyası haqqında iştirakçılara məlumat verilib.

Kompaniyanın buklet və qolbaqları məktəblilərə paylanılıb.

Sonra “Qurtuluş Reabilitasiya Mərkəzi”nin rəhbəri və ekspertləri, “CAN Psixoloji bərpa Mərkəzi”nin klinik psixoloqu gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq durmağa, asudə vaxlarını səmərəli təşkil edərək idmanla, musiqi və digər səmərəli işlərlə məşqul olmağa çağırıblar. Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin prioritet məsələ olduğu qeyd edilib, onlara dəyərli məsləhətlər verilib.

Yeniyetmələr üçün maarifləndirici videoçarx nümayiş olunub.

Sonda tədbirdə iştirak edən məktəbli şagirdlər həkim və psixoloqlara suallar ünvanlayıblar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi hər il yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, narkomanlığın ziyanları barədə insanları məlumatlandıraraq sağlam həyat tərzinin təbliği, antinarkotik dünyagörüşünün formalaşdırılması üçün maarifləndirici tədbirlər keçirir.