17-21 noyabr tarixlərində keçirilən Bişkek Beynəlxalq Film Festivalına yekun vurulub. Festival günlərində beynəlxalq və milli kateqoriyada film nümayişi ilə yanaşı, həmçinin kino layihələri müsabiqəsi də keçirilib.

Beynəlxalq müsabiqədə Özbəkistan rejissoru Şokir Xolikovun “Şənbə günü” filminə Qran-pri verilib.

Milli müsabiqədə rejissorlar Bakıt Mukul və Dastan Japaroğlunun “Axırıncı köç” filmi Qran-pri qazanıb.

On xarici film layihəsi arasında isə Asel Ayşakimova və Asel Erjanovanın (Qazaxıstan) “Hesabı ödə” filmi seçilib.

Bağlanış mərasimində Qırğızıstanın mədəniyyət naziri Altınbek Maksutov, TÜRKSOY-un baş katibi Sultan Raev, digər rəsmilər, festivalın qonaqları iştirak ediblər.

Gülcahan