“Oyun Yaradıcıları və Nəşriyyatçıları Assosiasiyası” (OYNA) layihəsinin noyabrın 30-da təqdimat mərasimi keçirilib.

"Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə layihənin təşəbbüskarı Yasin Alışlı çıxış edib, assosiasiyanın məqsədi, hədəfləri barədə məlumat verib, ölkəmizdə oyun sənayesinin inkişaf məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə həmçinin ölkəmizdə oyun sektorunun dünya bazarındakı mövqeyi, maliyyə imkanları barədə söhbət açılıb.

Nurəddin