Noyabrın 24-29-da Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı ilə V Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilib.
Festivalın proqramında azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi də yer alıb.
Film festivalın Qran-pri və “Ən yaxşı kişi rolu”na görə mükafatlarına layiq görülüb, həmçinin kino tənqidçilərinin “Qızıl kirpi” mükafatını qazanıb.
“Mərmər soyuğu” “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.