Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun 100 illiyi münasibətilə tədbir keçirilib.

Nizami Kino Mərkəzində təşkil olunan tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney Company” qısa müddətdə Amerika animasiyasında liderə çevrilib. İlk böyük uğura 1928-ci ildə ekrana çıxan və bu gün də populyar olan “Mickey Mouse” filmi ilə imza atıb.

Diqqətə çatdırılıb ki, “Disney” 1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və yeddi cırtdan”la inqilab edib. Bu gün də “Disney” filmləri, personajları və əyləncə parkları ilə tanınan multimedia nəhəngidir.

Sonda “Disney”in istehsalı olan “Mulan” (1998) filmi nümayiş etdirilib.