Beş istiqamət üzrə qaliblər mükafatlandırılıb

 

“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə daha bir tədbir – “Gəl, yarat!” adlı marafon təşkil olunub.

Yaradıcılıq aksiyası 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında gerçəkləşib. 

Dekabrın 3-də marafonun final mərhələsi keçirilib. Beş istiqamət üzrə (animasiya, kino, qrafik dizayn, teatr və videoqrafiya) 25 komanda tərəfindən hazırlanan məhsullar səhnədə təqdim edilib.

Münsiflər heyətinin qərarı ilə “Alfa” (kino), “Sənsiz” (teatr), “Sonuncumuz” (dizayn), “Yenilikçinin nəbzi” (videoqrafiya) və “Ovsun” (animasiya) adlı nümunələr qalib elan edilərək mükafatlandırılıb.

“Gəl, yarat!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasının qrafik dizayn və Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə reallaşıb.