Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində keçirilən “Yaradıcı həftə”nin tədbirlər proqramında “Azərbaycan moda həftəsi” (Azerbaijan Fashion Week) də yer almışdı.
Tədbirin məqsədi milli və regional brendlərin, mal və xidmətlərin tanıdılması, moda, dizayn və ümumilikdə mədəniyyət sahəsində mövcud problemlərin həlli üçün xarici nümayəndələrin əməkdaşlığa cəlb etmək ibarətdir.
Dekabrın 3-də moda həftəsinin 15-ci mövsümü keçirilib. Kolleksiya nümayişi paytaxtımızdakı "The Ritz-Carlton" hotelində təşkil olunub. Burada yerli modelyerlərlə yanaşı, Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstandan da nümayəndələr podiumda öz geyimlərini təqdim ediblər.