Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayəni alman dilinə mərhum filoloq-alim, tərcüməçi Vilayət Hacıyev çevirib. Tərcümənin redaktoru Hans-Jürgen Maurerdir.
Geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.