Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa dekabrın 8-də növbəti nümayişi Azərbaycanın görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Mirzağa Əliyevin 140 illiyinə həsr edilib.
Tamaşadan əvvəl Mirzağa Əliyevin yaradıcılıq yolundan bəhs edən film göstərilib.
Səhnə əsərində görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada izləyicilərə çatdırılıb.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb.
Xalq artisti Mirzağa Əliyev "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" filmlərində rol alıb. Sənətkarın 1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər" komediyasında canlandırdığı İsgəndər obrazı yaddaşlarda silinməz iz buraxıb.