Azərbaycan Dövlət Uşaq Filarmoniyası 22–23 dekabrda “Hədiyyəli qatar” adlı konsert proqramını təqdim edəcək.
Filarmoniyadan bildirilib ki, tədbirdə “Musiqili uşaq teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, eləcə də vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, Yeni il əhvali-ruhiyyəli musiqi nömrələri ilə çıxış edəcək.
Proqramda Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.