Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Qafqaz Albaniyasının sənətkarlığını və beynəlxalq ticarət əlaqələrini əks etdirən eksponatlar nümayiş olunacaq.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, sənətkarlığın müxtəlif sahələrinə aid olan və e.ə IV – b.e VII əsrlərini əhatə edən eksponatlar xüsusi vitrinlərdə yer alır. Təqdim olunacaq eksponatlar müxtəlif illərdə Mingəçevir, Şamaxı, Qəbələ, Ağsu və digər şəhər və rayonlarda aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.