F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin hazırladığı Ümummilli liderin anım gününə həsr olunmuş videoslayd nümayiş olunub.
Tədbir çərçivəsində uşaqlar “Ulu bir sərkərdə, ulu bir öndər”, “Bir işıq doğdu yurda o Vətənə gələndə”, “Mən azərbaycanlıyam!” və s. şeirləri səsləndiriblər. Daha sonra Ulu öndərin doğma diyar üçün əvəz edilməz xidmətləri haqqında söhbət açılıb. Qeyd olunub ki, Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə respublikamızda mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə və digər sahələrin inkişafını diqqətdə saxlayıb.