Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 25 ailə (112 nəfər) dekabrın 13-də yenidən qurulan Füzuli şəhərinə qayıdıb.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq yeni evlərinə yerləşiblər.

Bununla da Füzuli şəhərində 358 ailə olmaqla 1298 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Dekabrın 14-də Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən sakinlərə mənzillərinin açarları təqdim edilib. Bununla da Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin olunub.