Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib və dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən videoslaydlar təqdim olunub.
Tədbirdə Ulu öndərin uzaqgörən daxili və xarici siyasətindən, həmçinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan bəhs edən məruzə dinlənilib.
Sonra məktəbin müəllimləri musiqi nömrələri səsləndirib, şagirdlər isə rəqslərlə çıxış ediblər.
Sonda məktəbin heykəltaraşlıq ixtisası üzrə müəllimi Teymur Qəribovun Ulu öndərin 100 illiyi ilə bağlı hazırladığı büstü məktəbə hədiyyə olunub.