М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, əvvəlcə səhnəyə Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova dəvət olunub.
Sonra bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevin və dirijor, Əməkdar artist Elman Əliyevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Respublika və beynəlxalq müsabiqələr laureatları Nadir Məmmədov, Orxan Hüseynli, Leyla Dadaşova, Nurlana Abdullayeva, Səbinə Əlizadə və Fikrət Məmmədov çıxış ediblər.
Konsertdə Tofiq Bakıxanovun əsərləri səslənib.