Hüseyn Cavidin Ev-Muzeyində məktəblilər arasında “Hüseyn Cavid poeziyasından incilər” adlı ənənəvi bədii qiraət müsabiqəsi keçirilib. Dekabrın 15-də keçirilən müsabiqədə Bakı şəhəri Nərimanov rayonu Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin 5-9-cu sinif şagirdləri iştirak ediblər.

Şagirdlər şairin şeirlərini, irihəcmli əsərlərindən parçalar səsləndirib, “Ana” mənzum dramından Səlma ananın, “İblis” faciəsindən İblisin monoloqunu canlandırıblar. İlk üç yeri tutan şagirdlərə Hüseyn Cavidin əsərləri, sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət CD, Ərtoğrol Cavidin bəstələdiyi musiqi əsərlərinin yer aldığı CD və not kitabları hədiyyə edilib.

Liseyin Uşaq birliyinin rəhbəri Atlas Zeynalova muzeyin kollektivinə təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkdirilib.