F.Köçərli adına Respublika Uşaq Kitabxanasına məktəblilərin növbəti ekskursiyası təşkil edilib. Kitabxananın budəfəki ziyarətçiləri Paytaxtın Xəzər rayonundakı E.Əliyev adına 234 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri olub.

Məktəblilər kitabxana ilə tanış olduqdan sonra böyük oxu zalında Azərbaycanın və dünya ədəbiyyatının görkəmli yazarları haqqında məlumat əldə ediblər. Həmçinin məktəblilərə F.Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabından bəhs edilib.

Sonda F.Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəbliləri Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.