Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “Doğma mahnılar” adlı kitabın təqdimatı olub.
Kitabxanadan bildirilib ki, nəşrdə uşaq mahnıları (notları və sözləri) toplanıb.
İdeya müəllifi və layihə rəhbəri teleaparıcı və jurnalist Aysel Zahidqızı kitab haqqında məlumat verib. O, topludakı mahnıların hamıya doğma gələcəyini, hər kəsin ürəyini fəth edəcəyini bildirib: “Əminəm ki, bu kitabda hər bir uşaq özünə yaxın və doğma olan mahnını tapacaq. Çünki kitabda yer alan mahnılar bizim uşaqlığımızın xatirəsidir”.
Diqqətə çatdırılıb ki, kitabdakı mahnılar rəssam Səbinə Vəzirova tərəfindən çəkilmiş illüstrasiyalarla təqdim olunur. Həmçinin nəşrdə uşaqların diqqətini, yaddaşını yoxlamaq üçün suallar yer alıb. Bundan əlavə, “Doğma mahnılar” kitabında yutub səhifəsi də var.
Təqdimatda iştirak edən uşaqlar kitabda yer alan mahnıları müxtəlif musiqi alətlərində ifa ediblər.