Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Heydər Əliyev İli” və Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyi münasibətilə teatrların qastrol səfərləri davam edir.
Aksiya çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı “Pantomima buketi” tamaşasını Biləsuvar rayon Gənclər evində nümayiş etdirib.
Səhnə əsərini rayonun icra başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Tamaşanın müəllifi teatrın bədii rəhbəri və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.
Qarışıq nömrələr əsasında hazırlanan səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.