Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi davam edir. Layihə  çərçivəsində H.Abbasov adına Mədəniyyət Mərkəzində (Maştağa qəsəbəsi) Əməkdar artist Kübrabəyim Əliyeva ilə görüş keçirilib.

Tədbirdə öncə tanınmış aktrisanın həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.

Qeyd olunub ki, Kübrabəyim Əliyeva teatr səhnəsində və televiziya ekranlarında bir-birindən dəyərli, maraqlı rollar ifa edib, müxtəlif obrazlarla tamaşaçıların qarşısına çıxıb.

Sonra aktrisa çıxış edərək bu peşəyə gəlməsindən, yaratdığı obrazlardan, sevdiyi rollardan bəhs edib və iştirakçıları maraqlandıran suallara cavab verib.