Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Universitetində “Dilimiz mənəviyyatımızdır” adlı musiqili ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan dilinin qədimliyi və zənginliyi haqqında geniş məlumat verilib.
Sonra tələbələr Azərbaycan dilinin gözəlliyini tərənnüm edən şeirlər, folklor nümunələri və mahnılar səsləndiriblər. Nizami Gəncəvi, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi klassik və müasir ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılığından və folklor örnəklərindən seçmələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.