М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, Xalq artisti Tükəzban İsmayılovanın (1923-2008) 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Dekabrın 19-da gerçəkləşən konsertdə F.Əmirov adına Azərbaycan Dövlət və Mahnı və Rəqs Ansamblının instrumental heyətinin (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri Mahir İbrahimov) müşayiəti ilə solistlər – Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Nuriyyə Hüseynova, Arzu Əliyeva, Ehtiram Hüseynov, xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Murad Laçın, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov çıxış ediblər.
Musiqi axşamının konsertmeysterləri Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança) olub.
Tükəzban İsmayılovanın repertuarından səsləndirilən təsniflər, bəstəkar və xalq mahnıları tamaşaçıların alqışları ilə qarşılanıb.