Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-un iqamətgahında qeyd edilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə TÜRKSOY-un sərgi zalında Milli Kitabxananın nəşrlərindən ibarət kitab sərgisinin açılışı olub.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin Ankarada qeyd olunmasını yüksək qiymətləndirib. O, illərdir Milli Kitabxana ilə bərabər çox böyük işlərə imza atıldığını qeyd edib. Natiq Azərbaycan Milli Kitabxanasının böyük inkişaf tarixi keçdiyini bildirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qeyd edib ki, Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin eyni ilə təsadüf etməsi çox gözəl təsadüfdür. O, həmçinin 30 il ərzində TÜRKSOY-un Türk dünyasının mədəniyyətinin inkişafında çox böyük işlər gördüyünü və gələcəkdə də birgə layihələrə imza atılacağını söyləyib.

Tədbirdə iştirak edən Bişkek Şəhər Kitabxanasının direktoru Gülsayra Candıbayeva Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Milli Kitabxananın 100 illik yubileyini təbrik edib və TÜRKSOY-un əvəzsiz dostluğunu qeyd edib.

Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin mətbuat katibi Aygün Qocayeva, şair və yazıçı Yasəmən Meydan çıxışlarında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyində iştirak etməyin çox qürurverici hiss olduğunu söyləyib.

Sonda TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən Kərim Tahirov və Milli Kitabxananın kollektivinə təşəkkürnamə verilib.

 
 
 
 
 
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.