Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlətimizin başçısının 62 yaşı tamam olur. Bu münasibətlə müxtəlif ölkələrdən Azərbaycan Prezidentinə təbrik məktubları gəlir.

Türk dünyasının əməkdaşlıq təşkilatları, görkəmli ziyalıları da bu əlamətdar günlə bağlı Azərbaycan Respublikasının Prezidentinə təbriklərini və ən xoş arzularını çatdırırlar. Həmin məktublardan bir neçəsini təqdim edirik.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən olan Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə siyasi və sosial-iqtisadi inkişaf yolunda böyük uğurlar qazanmaqda və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirməkdədir.

Bu yaxınlarda Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü zamanı Sizinlə görüşümü böyük məmnuniyyətlə xatırlayıram. Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzsiz töhfə Türk dünyasına olan rəğbətinizin göstəricisidir. Fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatına göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Kubanıçbek Ömüralıyev
Türk Dövlətləri Təşkilatının Baş katibi

***

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

Sultan Raev
TÜRKSOY-un Baş katibi

***

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti olaraq salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.

Müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan regionda və dünyada getdikcə daha mühüm rol oynayır. Ölkənin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə Sizə tükənməz enerji arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, mənə etimad göstərib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunmağıma verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılmış təşkilatın rəhbəri vəzifəsinə layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Sizi əmin etmək istərdim ki, Türk dünyasının daha da gücləndirilməsi, onun zəngin mədəni irsinin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Eyni zamanda, Zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, eləcə də Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə Vətəninə bağlı olmuş dünya miqyaslı siyasətçi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizin sevinciniz bütün Türk xalqlarının sevincidir.

Dərin hörmətlə,

Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

***

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün Türk dünyası üçün qələbələr ili olsun!

Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.

Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm.

Dərin hörmətlə Sizin,

Oljas Süleymenov
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim